!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən Azərbaycanda neft hasilatı barədə proqnoz

!Reklam – Yazi

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2023-2024-cü illərdə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozu dəyişməz saxlayıb.

Yernicag.az xəbər verir ki, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.

İdarənin məlumatına görə, 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,65 milyon barel təşkil edəcək.

I rübdə gündəlik neft hasilatı 0,67 milyon barel (yanvar proqnozu – 0,67 milyon barel), II rübdə 0,65 milyon barel (0,65 milyon barel), III rübdə 0,64 milyon barel (0,64 milyon barel), IV rübdə 0,65 milyon barel (0,65 milyon barel) səviyyəsində olacaq.

Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda gündəlik 0,66 milyon barel maye karbohidrogen hasil olunacaq. Gələn ilin I rübündə gündəlik neft hasilatı 0,66 milyon barel, II rübdə 0,66 milyon barel, III rübdə 0,66 milyon barel, IV rübdə 0,67 milyon barel təşkil edəcək. Eyni zamanda, hər rüb üzrə proqnoz dəyişməyib.

İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2022-ci ildə Azərbaycanda gündəlik 0,67 milyon barel maye karbohidrogen hasil edilib.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv