İstanbula uçan təyyarənin mühərriki havada sıradan çıxdı - TƏCİLİ ENİŞ
Birləşmiş Ərəb Əmirliklərinin Şarjah Hava Limanından İstanbula uçan “AirArabia” şirkətinə məxsus “ABY287” nömrəli “Airbus A320-214” tipli sərnişin təyyarəsinin sol mühərriki havada sıradan çıxıb.
Yenicag.az xəbər verir ki hadisə zamanı kapitan pilot təcili qərar verərək “tam fövqəladə vəziyyət” elan edib və Ankara Əsənboğa Hava Limanına yönəlib.
Təyyarə tək mühərriklə problemsiz eniş edib.
Türkiyə Dövlət Hava Limanları İdarəsinin (DHMİ) xilasetmə və yanğınsöndürmə qrupları eniş zamanı təhlükəsizlik tədbirləri görüb. Təyyarədə 144 sərnişin və heyət üzvü olub.
Hava gəmisinin təhlükəsiz şəkildə dayanma zolağına çəkildiyi, sərnişinlərin isə terminala köçürüldüyü bildirilib.