!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən İrəvana TƏLƏB: Ermənistana bir ay vaxt verildi – Sülh sazişi TƏKLİFİ

!Reklam – Yazi

“Çin, ABŞ, Böyük Britaniya Ermənistan və Azərbaycana sülhlə bağlı təsir edir”.

Bu fikri Yenicag.az-a açıqlamasında son günlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı yöndə iddiaları dəyərləndirən politoloq Qədir Aslan səsləndirib.

Qədir Aslan bildirib ki, Ermənistanla Azərbaycanın sülh bağlaması üçün böyük dövlətlərin tələbi və iradəsi var.

“Sülh müqaviləsi ilə bağlı Ermənistan tərəfindən bir aylıq vaxtın qoyulmağı çox önəmlidir. Əvvəllər ermənilər sülhdən yayınırdılar. Ancaq çox önəmli hadisədir ki, ermənilərə bir ay vaxt verdilər. Bu isə ABŞ-nin təsiri, transmilli korporasiyaların tələbidir”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, Çin, ABŞ, Böyük Britaniya hər iki ölkəyə təsir edir ki, bir an öncə sülh bağlansın, Pekindən Londona gedən yolun Zəngəzur hissəsində təmir başlanılsın:

“Azərbaycanın özünün də marağındadır ki, kommunikasiyalar açılsın, bir an öncə ticarət yolları işləməyə başlasın. Azərbaycan və Ermənistan dəniz ölkəsi deyil. Ona görə də, alternativ kimi quru yollar açılmalıdır ki, ticarət yollarında gəlirlər əldə edilsin”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv