ABŞ-dən "Samsung"a JEST: Bir illik "çip" azadlığı verildi

media-hightechnic-468x90

“Samsung” şirkəti ABŞ və müttəfiqləri tərəfindən Çinə çip və avadanlıqların ixracını qadağan edən məhdudiyyətlərdən bir il müddətinə azad edilib.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, eyni zamanda gəlir baxımından dünyanın ən böyük istehsalçısı olan “Samsung” ABŞ-nin müttəfiqi nəhəng çip istehsalçıları siyahısına qoşulub.

ABŞ Ticarət Departamenti “Samsung”a Çində istehsalını davam etdirmək üçün lazım olan avadanlıq və digər əşyaların tədarükünü davam etdirməyə icazə verib.

Beləliklə, çip qurğuları istehsal edən Cənubi Koreya firması Çinin iki şəhərində fəaliyyət göstərir.

“Samsung”un rəqibləri olan “SK Hynix Inc” və “Intel Corp” isə bir illik azadolma alıb-almadığını açıqlamayıb.

Gülşən

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa