ABŞ dövlət katibi və İranın xarici işlər naziri görüşəcək

media-hightechnic-468x90

ec36957f8668a7c790bcfb083be6a02fYanvarın 14-də Cenevrədə ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçiriləcək.

Yenicag apa-ya istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin məlumatında belə deyilir.

“İkitərəfli görüş İranın nüvə proqramı ilə bağlı növbəti müzakirələr ərəfəsində baş tutacaq”, məlumatda qeyd edilir.

Bundan əvvəl İSNA agentliyi İranın xarici işlər nazirinin müavini Abbas Araqçıya istinadən Məhəmməd Cavad Zərif və Con Kerrinin yaxın günlərdə Cenevrədə görüşəcəkləri barədə xəbər verib.

Xatırladaq ki, İran və “altılıq” ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) arasında nüvə danışıqlarının növbəti raundu yanvarın 18-də keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600