ABŞ dünyanın koronavirus xəritəsində “liderliyini” qoruyur

Amerika Birləşmiş Ştatlarında (ABŞ) son sutka ərzində 52 min 848 nəfərdə yeni növ koronavirus aşkarlanıb, min 792 nəfər isə vəfat edib.

Yenicag.az-ın məlumatına görə son rəqəmlərlə birlikdə ABŞ-də virusa yoluxanların ümumi sayı 5 milyon 800 min 392-yə yüksəlib, 179 min 248 nəfər isə virusun qurbanı olub.

Ölkədə bu günə dək virusdan sağalanların sayı 3 milyon 127 mini keçib.