ABŞ hərəkətə keçdi: Maduronu devirmək üçün pilotunu ələ almaq istədilər - DETALLAR

media-hightechnic-468x90

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinin pilotlarından birini ələ almaq üçün iş aparıb.

Yenicagaz xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin aprel ayında ABŞ hakimiyyəti Dominikan Respublikasındakı bir məlumatçının verdiyi bilgilər əsasında Maduronun pilotlarından birini müəyyən edib.

Həmin pilota təyyarəni ABŞ hakimiyyətinin onu saxlaya biləcəyi bir yerə yönəltmək təklif olunub. AP-nin məlumatına görə, bunun qarşılığında ABŞ nümayəndələri pilota “çox varlı və milyonlarla həmvətəni tərəfindən sevilən” biri olacağına söz veriblər.

Materialda bildirilib ki, pilot bir neçə dəfə ABŞ agenti ilə yazışıb. ABŞ sonuncu dəfə onu əməkdaşlığa cəlb etməyə 2024-cü ilin sentyabrında cəhd edib, bundan sonra pilot ona yazan nömrəni bloklayıb.

Maduro dəfələrlə bəyan edib ki, ölkə son 100 ildə ABŞ tərəfindən ən ciddi müdaxilə təhlükəsi ilə üz-üzədir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa