ABŞ Hörmüz boğazında İrana məxsus qayıqlara zərbə endiriblər

media-hightechnic-468x90

Amerika Birləşmiş Ştatlarına məxsus helikopterlər Hörmüz boğazı ərazisində İrana məxsus qayıqlara zərbə endiriblər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, müvafiq informasiyanı ABŞ Silahlı Qüvvələrinin mətbuat mərkəzi açıqlayıb.

“Bu gün səhər saatlarında mülki dəniz nəqliyyatına təhlükə yaradan İranın kiçik həcmli su nəqliyyatı vasitələrini zərərsizləşdirmək üçün ABŞ ordusunun “Sea Hawk” və AH-64 “Apache” helikopterləri havaya qaldırılıb”, – deyə ABŞ hərbi idarəsinin bəyanatında qeyd olunur.

Keçirilən hərbi əməliyyata ABŞ Hərbi Hava Qüvvələrinin F/A-18 “Super Hornet” və F-16 döyüş təyyarələri də cəlb olunub.

Xatırladaq ki, bir müddət öncə ABŞ hərbçilərinə Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid sahil obyektlərinə və qayıqlara zərbələr endirmək səlahiyyəti verilmişdi./Oxu.Az/

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05