!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın ən qorxulu düşməni - "Raket-insan"

!Reklam – Yazi

ABŞ-ın düşmənləri arasında birinci yeri Şimali Koreya tutur.

Yenicag.az xəbər verir ki, bunu 51 faiz amerikalı arasında aparılan sorğunun nəticələri göstərib. Bu göstərici 2016-cı ilə nisbətən 3 dəfə çoxdu.

“The Hill” nəşri qeyd edir ki, bu nəticələr Vaşinqton və Pxenyan münasibətlərinin pisləşməsi fonunda əldə edilib. ABŞ prezidenti Donald Tramp da çıxışlarında dəfələrlə Şimali Koreya lideri Kim Çün Inı “raket-insan” adlandırıb. ABŞ düşmənləri arasında ikinci yer Rusiyaya məxsusdur. Sorğu iştirakçılarının 19 faizi bu qənaətdədir.

Qeyd edək ki, Vaşinqton Rusiyanı dəfələrlə prezident seçkilərinə qarışmaqda ittiham edirdi. 2016-cı ilin oktyabrında ABŞ kəşfiyyatı rəsmi olaraq Rusiya tərəfini prezident seçkiləri ilə bağlı gizli məlumatları sızdırdığını bəyan etmişdi. Rusiya isə bu ittihamları rədd etmişdi.

Həmin ilin 16 fevral tarixində ABŞ-ın xüsusi məsələlər üzrə prokurorluğu ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməkdə şübhəli bilinən şəxslərin siyahısını hazırlamışdı. Agentliyin saytında yerləşdirilən siyahıya 13 ad və 3 təşkilat daxil idi.

COP29

www.yenicag.az

4940
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv