ABŞ-İran Gərginliyi YENİ ZİRVƏDƏ: “İrana təzminat ödəniləcək” iddiası sülhü təhdid edir

media-hightechnic-468x90

“ABŞ-nin İrana hansısa bir təzminat ödəyəcəyi inandırıcı görünmür”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşirli deyib.

media-elshadmirbeshir_vpchtzq

O, İranın xarici işlər naziri Abbas Əraqçinin “Vaşinqton Tehrana hücum nəticəsində dəymiş ziyanı ödəməlidir” bəyanatını şərh edib.

Politoloq bildirib ki, İran ABŞ ilə danışıqların davam etdirilməsi məsələsinə və bu prosesin mümkün olub-olmamasına aydınlıq gətirməyə çalışır.

“İki ölkə arasında intensiv danışıqlar aparılırdı. Həm ABŞ, həm də İran tərəfi bu danışıqları müsbət qiymətləndirirdi. Lakin 12 günlük İsrail–İran qarşıdurması çərçivəsində ABŞ İranın nüvə obyektlərinə zərbələr endirdi. Bu hadisədən sonra ABŞ Prezidenti Donald Tramp danışıqlar prosesinin davam etdirilə biləcəyini qeyd etdi, çünki danışıqlarda sərt mövqe tutanların artıq öldüyünü bildirdi.

Hazırda danışıqların davam etdirilməsi üçün Tehranın Vaşinqtondan əsas tələbi İrana dəymiş zərərin ödənilməsi və bundan sonra oxşar addımlar atılmayacağına dair öhdəlik və ya zəmanətin verilməsidir. Lakin ABŞ-nin İrana hansısa təzminat ödəyəcəyi inandırıcı görünmür.

Eyni zamanda məsələnin hüquqi çərçivədə təmin olunması imkanları da məhduddur, çünki ABŞ İrana vurduğu zərbələri nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi ilə əsaslandırır.

Əgər ABŞ heç olmazsa növbəti mərhələdə İrana qarşı yeni zərbələr endirməyəcəyi ilə bağlı zəmanət verərsə, danışıqlar davam etdirilə bilər. Lakin bu danışıqların nəticəsi nə olacaq, sual altındadır. Çünki tərəflərin mövqeləri arasında ciddi ziddiyyətlər mövcuddur.

ABŞ ümumiyyətlə uranın zənginləşdirilməsi proqramının dayandırılmasını tələb edir. İran isə bununla razılaşmır və dinc məqsədlər üçün tələb olunan qədər uranı zənginləşdirməyə davam edəcəyini deyir. Buna görə də danışıqlar baş tutsa belə, yaxın zamanda tərəflərin ortaq məxrəcə gəlməsi çətin olacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa