ABŞ İran katerlərini atəşə tutdu

media-hightechnic-468x90

ABŞ hərbi gəmisi Hörmüz boğazında İran katerləri tərəfə bir neçə dəfə xəbərdaredici atəş edib.

Bu barədə “Reuters” agentliyi adları açıqlanmayan Pentaqon rəsmilərə istinadən məlumat yayıb.

Hadisə ötən bazar günü baş verib. Beləki, İslam inqilabı keşikçiləri korpusunun dörd katerləri yüksək sürətlə ABŞ hərbi gəmisi olan “Mahan”a yaxınlaşıb.
Öncə ABŞ gəmisi İran katerləri ilə rabitə əlaqəsi yaradaraq onlara xəbərdarlıq edib.

Sonra ABŞ-a məxsus hərbi herlikopter İran katerlərinə tərəf duman işarəsi atıb. Lakin bu xəbərdarlıqlar da heç bir nəticə verməyib. İran katerləri istiqaməti dəyişmədikdə isə ABŞ gəmisi onlara tərəf 3 xəbərdarlıq atəşi açıb.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600