ABŞ İrana qarşı sanksiyaların müddətini uzatdı

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp İrana qarşı 1995-ci ildən qüvvədə olan bir sıra sanksiyaların müddətini daha bir il uzadıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi sənədlərinin dərc olunduğu Federal Reyestrdə yayımlanan bildirişdə qeyd olunub.

Söhbət 1995-ci ildə imzalanmış fərman əsasında tətbiq edilən məhdudiyyətlərdən gedir. Sonrakı illərdə bu sanksiyalar dəfələrlə genişləndirilib, sərtləşdirilib və uzadılıb. Məhdudiyyətlər, xüsusilə ABŞ şirkətlərinə İranın neft-qaz sektorunda fəaliyyət göstərməyi qadağan edir.

Sənəddə bildirilir ki, İran hakimiyyətinin siyasəti, o cümlədən raket və digər silahların hazırlanması, regionda apardığı fəaliyyət, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə kimi qiymətləndirilir./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05