ABŞ Konqresində “ayaqqabı” qalmaqalı: Marko Rubio deputatı sərt tənqid etdi – “Bura sirkdir?”
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində İranla bağlı keçirilən iclas gərgin anlarla yadda qalıb. Xarici İşlər naziri Marko Rubio ilə demokrat konqresmen Sara Ceykobs arasında yaşanan polemika siyasi müzakirələri kənara qoyaraq, sosial şəbəkələrdə müzakirə olunan şəxsi məqamlara yönəlib.
Yenicag.az xəbər verir ki, iclas zamanı Sara Ceykobsun nazirə ünvanladığı tənqidi suallar mühiti bir anda dəyişib. Demokrat təmsilçi nazirin xarici siyasət kursunu tənqid edərkən, sosial mediada Rubio ilə bağlı yayılan “ayağına böyük gələn ayaqqabı” iddialarına eyham vurub.

Ceykobsun “Sayın nazir, görünür, həqiqətləri qəbul etməkdə çətinlik çəkirsiniz. Hətta Prezident Trampın sizə hədiyyə etdiyi ayaqqabıların ayağınıza böyük olduğunu belə etiraf edə bilmirsiniz”, – sözləri komitə üzvləri arasında təəccüblə qarşılanıb.
Konqresmenin bu çıxışına sərt reaksiya verən nazir Rubio iclasın ciddiyyətinə xələl gətirildiyini bəyan edib:

“Bu necə sualdır? Ayaqqabıların ölçüsündən mi danışırıq? Şaka edirsiniz? Burası Xarici Əlaqələr Komitəsidir, yoxsa sirk? Mən “Florsheim” markalı ayaqqabıların heç bir detalı ilə bağlı məlumatsızam və Prezidentin mənə hədiyyə etdiyi ayaqqabılar ayağıma tam oturur”.
ABŞ mətbuatında gedən məlumatlara görə, Donald Trampın sevdiyi “Florsheim” markalı ayaqqabıları yaxın çevrəsinə, yüksək vəzifəli şəxslərə və qonaqlarına hədiyyə etmək kimi bir adəti var. “Wall Street Journal”ın yazdığına görə, hədiyyə olunan bu ayaqqabılar administrasiyada bir növ “məcburi vərdişə” çevrilib və əksər məmurlar bunları geyinməyi özlərinə borc bilirlər.

Qeyd edək ki, iclas zamanı Rubio Trampın İran siyasətinin şəxsi maraqlarla əlaqəli olması ilə bağlı iddiaları da rədd edərək, “Prezident heç vaxt dövlət siyasətini şəxsi çıxarları ilə əlaqələndirməyib”, – deyə vurğulayıb.
Ayşən












