!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Konqresindən ermənilərə TƏRS SİLLƏ: Azərbaycan əleyhinə düzəlişlər rədd edildi

!Reklam – Yazi

Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresində Azərbaycan əleyhinə daşnaklar lobbisi tərəfindən təşviq olunan qanunvericilik təşəbbüslərinin qarşısı qətiyyətlə alınıb və ilk dəfə olaraq, Ermənistan əleyhinə düzəlişlər qəbul edilib.

Ötən il olduğu kimi, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act – NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər.

Sözügedən proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş təklifi ilə çıxış ediblər.

Qeyd edilən düzəlişlərin nəzərdən keçirilməsi məqsədilə iyulun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar haqqında Komitəsinin (Committee on Rules) iclası keçirilib.

Konqres üzvü Stiv Cohen tərəfindən “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş (https://amendments-rules.house.gov/amendments/COHEN_102_xml%20revised71420100116116.pdf), habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

Göründüyü kimi, 99 saylı düzəlişdə əsas məqsəd Rusiyanın hərbi bazası olan Ermənistana Konqresdə əlavə təzyiqlərin yaradılmasıdır. 296 saylı düzəlişə (https://amendments-rules.house.gov/amendments/Chabot_FormerUSSR_IDPRept_v271420155103513.pdf) gəldikdə isə Konqresin Nümayəndələr Palatası Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazilərinin qeyri-qanuni işğal faktını vurğulamaqla yanaşı, işğal olunmuş ərazilərdən köçkün düşən və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə Departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim olunmasını nəzərdə tutur.

Erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst konqresmenlər Bred Şerman tərəfindən Azərbaycan əleyhinə irəli sürülmüş “Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və Kaliforniyanı təmsil edən erməni əsilli Ceki Spiir tərəfindən təklif olunan “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlar üzrə paritet tətbiq edilməsi” barədə 330 saylı (məlum olduğu kimi, son iki ildə Azərbaycana bu proqram çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmamağı onların ciddi narazılığına səbəb olmuş və bu düzəliş irəli sürülmüşdü) düzəlişlər qəbul edilməyib.

Beləliklə, bu uğursuzluq erməni lobbisinin və xüsusilə də, Daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olub. Qarşısı alınmış Azərbaycan əleyhinə düzəlişlərlə aşağıdakı internet səhifələrindən tanış olmaq mümkündür: https://amendments-rules.house.gov/amendments/ShermAzerAmend710201219401940.pdfhttps://amendments-rules.house.gov/amendments/Speier%20Azerbaijan%20final71320110611611.pdf

Ermənipərəst Konqres üzvlərinin Azərbaycan əleyhinə irəli sürdükləri düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələrinin, hətta son dəqiqədə milyonlarla izləyicisi olan erməni əsilli “tanınmış sima”ların səfərbər olunmasına baxmayaraq, sözügedən düzəlişlərin qəbul edilməməsi erməni tərəfində ciddi narahatlıq yaradıb. Bu işdə ermənipərəst mövqeyi ilə seçilən Qaydalar haqqında Komitənin sədrinin də ermənilərə dəstək verməməsi onların əlavə gərginliyə və narazılığa səbəb olub.

ANCA-nın yaydığı məlumatdan da göründüyü kimi (https://anca.org/press-release/u-s-house-passes-pallone-amendment-demanding-greater-oversight-on-u-s-military-aid-to-azerbaijan/), erməni tərəfi Azərbaycana qarşı düzəlişlərin keçməməsinə və Ermənistan əleyhinə qəbul olunmuş düzəlişə görə öz məyusluğunu gizlətməyib.

Azərbaycan tərəfinin sözügedən əhəmiyyətli uğuru ilə barışmaq istəməyən və məğlubiyyətini ört-basdır etməyə çalışan ANCA çoxsaylı erməni diasporunun narazılığının qarşısını almaq və vəsait toplama fəaliyyətini davam etdirmək məqsədilə həyasızcasına Azərbaycana heç bir aidiyyəti olmayan, Komitədə qəbul edilmiş ümumi mövzuda bir başqa düzəlişi özünün uğuru kimi təqdim etməyə və ictimaiyyəti yanlış məcraya yönəltməyə cəhd göstərib.

Halbuki, erməni tərəfinin istinad etdiyi Frank Pallone tərəfindən irəli sürülmüş “Müdafiə katibinin Dövlət katibi ilə birgə əlaqələndirilməklə 333-cü bölmə çərçivəsində xarici ölkələrin təhlükəsizlik qüvvələrinə yardım göstəriləndən əvvəl və ya yardım göstərilən zaman beynəlxalq tanınmış insan hüquqlarını pozub-pozmadığı barədə Konqresə hesabat təqdim olunması, habelə belə pozuntuların qarşısının alınması məqsədilə təlimlərin keçirilməsinə” dair 396 saylı düzəlişin mətnindən göründüyü kimi (https://amendments-rules.house.gov/amendments/PALLON_039_xml716201347484748.pdf), bu düzəlişdə Azərbaycan barədə heç bir istinad mövcud deyil və düzəliş ABŞ-ın bütün hərbi müttəfiqlərinə və yardım göstərdiyi tərəfdaşlara aiddir.

Konqresdə yaranmış vəziyyətlə əlaqədar erməni lobbisi tərəfindən şişirdilmiş geniş təbliğat kampaniyası ilə yanaşı, təəssüflər olsun ki, bəzi dairələr guya 907-ci düzəliş tipli təkliflərin qəbul olunacağı barədə şaiyələr yaymaqla, bu məsələdə müəyyən panika yaratmağa cəhd ediblər. Ümumiyyətlə, erməni tərəfinin Azərbaycana qarşı uydurma təbliğatının əsas məqsədi ABŞ-Azərbaycan münasibətlərinə, Azərbaycan xalqının birliyinə mane olmaq, eləcə də erməni lobbisinin maliyyələşməsinin davam etməsidir. Bu xüsusda erməni lobbisinin və digər dairələrin təxribatlarına uymamaq, olduqca ehtiyatlı yanaşmaq və məlumat mənbələrini dəqiq yoxlamaq vacibdir.

COP29

www.yenicag.az

882
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv