ABŞ-nin 100 illik nəzarət TƏKLİFİ: Azərbaycan və Ermənistan bu plana niyə QARŞI ÇIXDI?

media-hightechnic-468x90

“ABŞ-nin bu təklifi qəbuledilməzdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu bildirib.

Eli.zulfuqragolu1

Politoloq ABŞ-nin Zəngəzur dəhlizinə 100 illik nəzarət etmək təklifini və tərəflərin bu təklifə münasibətini açıqlayıb:

“Sülh danışıqları prosesində Azərbaycanın prioritetlərindən biri Zəngəzur dəhlizi və ya “Azərbaycandan Azərbaycana” prinsipi ilə Naxçıvana maneəsiz keçidlə bağlıdır. 10 noyabr bəyanatında bu məsələ yer alsa da, Rusiya Ermənistana təzyiq etmədi və beləliklə də Zəngəzur dəhlizi açılmadı. Eyni zamanda İran da buna qarşı çıxdı və bir sıra üçüncü qüvvələr bölgəyə nəzarət uğrunda mübarizə aparırlar. Buna görə də, proses daha mürəkkəb xarakter alır. Azərbaycan da Ermənistandan tələb edir ki, Naxçıvana maneəsiz gediş gəliş təmin olunsun”.

Ə. Zülfüqaroğlu danışıqlar prosesində hələlik konkret nəticə olmasa da müsbət irəliləyişlərin olduğunu önə sürüb:

“Hesab edirəm ki, danışıqlar prosesində müəyyən müsbət meyllər yaransa da hələki  konkret nəticə yoxdur və buna görə də bir sıra müzakirələrin önə çıxması müəyyən dairələr tərəfindən təbiidir”.

Analitik ABŞ-nin Zəngəzur dəhlizini 100 illik nəzarət təklifinin qəbul edilməyəcəyini bildirib:

“ABŞ tərəfindən təklif edilən variant təbii ki, qəbul olunmur. Xüsusilə Ermənistan rəsmən bəyan etdi ki, Ermənistan ABŞ tərəfindən səsləndirilən bu fikirlərlə heç bir halda razı deyil və bu Ermənistanın ərazi bütövlüyünə hörmətsizlikdir. Hesab edirəm ki, istər Qərb, istər Rusiya, istərsə də digər dövlətlər problemin ədalətli həllinə deyil, yalnız öz maraqlarının təmin edilməsinə çalışırlar. Azərbaycan tərəfi də bunu çox yaxşı bilir və ikitərəfli təmasların önə çıxması, sülh danışıqları və Naxçıvana maneəsiz gediş gəlişin təmin olunması ilə bağlı kifayət qədər önəm daşıyır”.

“Hesab edirəm ki, Azərbaycanın diplomatik manevr imkanları genişdir, Ermənistanda isə fərqli vəziyyət var. Ermənistan uzun müddət Azərbaycanın haqlı tələblərinə qarşı çıxa bilməz. Belə olan halda isə Naxçıvana maneəsiz gediş gəlişin təmin olunmasının həyata keçirilməsi tamamilə real məsələdir və burada Azərbaycan yalnız öz maraqları kontekstində çıxış edir”, – deyə o, fikirlərini tamamlayıb.

Nurlan Cəfəri

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600