Dünya Kuboku futbolçusu 25 yaşında vəfat etdi

media-hightechnic-468x90

“Mamelodi Sundowns” klubunun və Cənubi Afrika millisinin mərkəz yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında vəfat edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, futbolçunun ölüm xəbərini onun məşqçisi Brendin Conson təsdiqləyib. O, ölümün səbəbini açıqlamayıb.

Bəzi KİV-lərdə yayılan məlumatlara görə, Adamsın intihar etdiyi iddia olunur. Həmin məlumatlarda futbolçunun ağır depressiyadan əziyyət çəkdiyi qeyd edilib. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Ceyden Adams 2026-cı il dünya çempionatında Meksika, Çexiya və Cənubi Koreyaya qarşı keçirilən oyunlarda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb. Turnirin 1/16 finalında isə ehtiyat oyunçular skamyasında qalıb. Həmin görüşdə Cənubi Afrika millisi əlavə olunmuş vaxtda buraxdığı qolla Kanadaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Cənubi Afrika millisi 2026-cı il dünya çempionatında tarixində ilk dəfə turnirin pley-off mərhələsinə yüksəlmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05