ABŞ-nin bu qərarı Avropada gərginlik yaradacaq
ABŞ-də açıqlanacaq mühüm məşğulluq göstəricisi ərəfəsində Avropa birjalarında satış təzyiqi güclənib. Böyük Britaniya istisna olmaqla əsas indekslər mənfi zonada ticarət olunur.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Stoxx Europe 600 indeksi 0,3%, Almaniyanın DAX 40-ı 0,4%, Fransanın CAC 40-ı 0,5%, İtaliyanın FTSE MIB-i 1% geriləyib. Yalnız FTSE 100 indeksi 0,2% artım göstərib.
Avro/dollar məzənnəsi 1,20 səviyyəsinə yaxınlaşır.
Şirkət xəbərləri də diqqət mərkəzindədir. Thyssenkrupp Marine Systems sifariş portfelinin rekord həddə çatdığını, Commerzbank mənfəət proqnozunu yüksəltdiyini, Siemens Energy isə süni intellektə bağlı enerji tələbi fonunda xalis mənfəətinin kəskin artdığını açıqlayıb. Analitiklər bazarların istiqamətində əsas sözün ABŞ məşğulluq statistikasına bağlı olacağını bildirirlər.
Nəsimi Ələsgərli












