ABŞ-nin sanksiya planı: Rusiyanın gizli dayaqları hansı ölkələrdir?

media-hightechnic-468x90

“Müəyyən nəticəsiz qalan məqamlar var. Gərək, yetərsay nəticələr əldə olunsun”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

media-ezizelibeyli1

O, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar bəyanatını şərh edib.

Politoloq bildirib ki, uzunmüddətli proseslərin nəticəsində bu təsir özünü göstərməlidir.

“Çünki beynəlxalq prizmadan baxdıqda, Rusiyanın iqtisadi əlaqələrinə vurulan zərbənin faizi təqribən 100-də 30-a bərabərdir. Amma sual yaranır, necə oldu ki, ilin ikinci rübündə Rusiya 100 milyard dollar gəlir əldə etdi? Doğrudur, bu informasiya rəsmi olaraq təsdiqlənməyib, lakin daxili mənbələrdə həmin barədə məlumatlar mövcuddur”.

Onun sözlərinə görə, eyni zamanda Rusiya iqtisadiyyatının 1,7 faiz kiçilməsi proqnozlaşdırılırdısa, faktiki olaraq 2,2 faizə qədər geriləmə baş verdi:

“Yəni proqnozdan daha çox azalma müşahidə olundu. Lakin buna baxmayaraq, Rusiyanın Hindistan, Çin, Türkiyə və hətta bəzi Avropa ölkələrinin daxili bazarları qalmaqdadır. Proseslər Trampın yanaşmasında da bir qədər sezilir. Sanki o, Avropa İttifaqını ön plana çıxarmaq, eyni zamanda onu daha çox nəzarət altında saxlamaq niyyəti güdür. Çünki ABŞ-nin təşəbbüsü ilə Avropa İttifaqı doqquzuncu sanksiyalar paketinə hazırlıq barədə çağırışlar edir. Amma burada da müəyyən nəticəsiz qalan məqamlar var. Gərək yetərsay nəticələr əldə olunsun”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa