!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ-nin Türkiyəyə qarşı kürdlərlə Bəşər Əsəd arasında əməkdaşlıq planına Rusiya da qoşula bilər” - ŞƏRH

!Reklam – Yazi

“İndi kürdlərin Əsədlə əməkdaşlığa yönləndirilməsi də Türkiyəyə olan təzyiqlərin tərkib hissəsi sayıla bilər”.

Bu fikirləri Suriyadakı kürd terror qruplarının Türkiyə əleyhinə Bəşər Əsəd rejimi ilə əməkdaşlığa hazır olmalarına münasibət bildirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kürdlərin Əsədlə əməkdaşlığa yönləndirilməsi də ABŞ-nin Türkiyəyə olan təzyiqlərinin tərkib hissəsi sayıla bilər:

“Suriyadakı kürd terror qruplaşmalarının Bəşər Əsəd rejimi ilə əməkdaşlığa yönləndirilməsi ABŞ-nin işidir. Rusiyaya gəldikdə, əvvəllər Moskvanın həmin qüvvələrlə mövqeyi uyğun gəlməyib. Ona görə də kürd qruplaşmaları “demokratik qüvvə” adı altında Amerika tərəfindən dəstəklənərək maliyyələşdiriliblər və silahlandırılıblar.

O baxımdan, bölgədəki kürdlər Amerikanın diqtəsi ilə hərəkət edirlər. Aydın məsələdir ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qəbuluna göstərdiyi müqavimət, yumşaq desək, ABŞ-nin ürəyincə deyil. Amerika da bunun qarşılığında Türkiyəyə təzyiqləri davam etdirir. İndi kürdlərin Əsədlə əməkdaşlığa yönləndirilməsi də Türkiyəyə olan təzyiqlərin tərkib hissəsi sayıla bilər.

Əgər kürdlərlə Əsəd rejiminin əməkdaşlığı baş tutarsa, Rusiyanın da bu işbirliyinə qoşulması mümkündür. Çünki bu əməkdaşlıq müəyyən mənada Rusiyanın da maraqlarına cavab verir. Bildiyiniz kimi, Rusiya da Türkiyənin Suriyanın şimalında yeni əməliyyat keçirməsinə razı deyil. Hətta Putin də bununla bağlı öz narazılığını ifadə edib.

Amma yenə deyirəm, kürd qruplaşmalarının Əsədlə əməkdaşlığa sövq edilməsi ABŞ-nin planıdır”.

A.Zeynalov

www.yenicag.az

699
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv