!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin Ukraynaya verdiyi gizli İCAZƏ: Yalnız Xarkov ətrafında istifadə edə bilər

!Reklam – Yazi

Prezident Co Bayden Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ-ın bəzi hərbi sursatlarından istifadə etmək icazəsi verib, lakin onlardan yalnız Xarkov yaxınlığındakı sərhəddə istifadəsini məhdudlaşdırıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın iki rəsmisi CNN-ə bildirib.

Rəsmilər Baydenin Ukraynaya “ictimaiyyətdən gizli şəkildə” verdiyi silah icazəsinin ABŞ-ın onilliklər boyu davam etdirdiyi siyasətdən uzaqlaşdığını bildirir.

Amerika döyüş sursatlarından istifadəyə icazə yalnız Xarkov ətrafındakı ərazilərlə məhdudlaşır.

Kiyev Rusiyanın hücumlarını artırdığı Xarkov şəhərinin müdafiəsini gücləndirmək üçün regionda Amerika istehsalı olan silahlardan istifadə etmək üçün Amerika administrasiyasından icazə istəyib.

COP29

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv