ABŞ polisindən zəncilərə qarşı daha bir vəhşilik – Təsdiqləndi
ABŞ polisinin zənci vətəndaşlara qarşı şiddətdən istifadə etməsinə və ayrı-seçkilik siyasətinə qarşı, bir neçə ay öncə şiddətli etiraz mitinqlərinin yaşandığı bu ölkədə “zənci” skandallarına yenisi əlavə olundu. Florida əyalətindəki bir poliqonda polislərin, zənci şəkillərindən istifadə edərək atış təlimi keçdikləri ortaya çıxdı.
Yenicag.az xəbər verir ki, hadisə Florida əyalətinin Miami şəhərindəki bir poliqonda baş verib. Belə ki, polislərin, hədəf taxtası yerinə zənci amerikalıların fotoşəkillərindən istifadə etdikləri rəsmən təsdiqləndi.
Keçən ay poliqona gedən çavuş Valerie Deant, özündən əvvəl təlim edən Miami Beach polisinin buraxdığı hədəf tahtalarından birində zəncilərə aid şəkilləri tapdı və skandalı ortaya çıxardı.
Hazırda iş üzrə istintaq davam edir.
Yenicag.az