ABŞ Prezidenti Co Baydenin öldüyü, onun yerinə oxşarının keçdiyi iddia olunur.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən iddia sosial şəbəkələrdə geniş yayılıb və milyonlarla baxış yığıb.
İlk dəfə “Five Times August” musiqi qrupunun rəsmi “Twitter” hesabında yayımlanan videolarda Baydenin jest, mimika və səsi müqayisə edilib.
Bir neçə saat arayla çəkilən videolarda Baydenin bədən dili və səsində əsaslı dəyişikliklərin müşahidə olunması onun əvəzinə oxşarından istifadə olunduğunu və 80 yaşlı prezidentin öldüyü iddialarını gücləndirib.
İddialara Ağ Ev tərəfindən rəsmi münasibət bildirilməyib.
www.yenicag.az