!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Putinə rəsmi təminat verəcək - “Monro doktrinasına” geri dönə bilər

!Reklam – Yazi

“Donald Tramp və komandası hakimiyyətə geri dönəcəkləri təqdirdə, NATO-nun Şərqə doğru genişlənməsini dayandıracaqlarını və bununla bağlı Putinə yazılı rəsmi təminat verməyə hazır olduqlarını qeyd ediblər”.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.

Nəşr yazır ki, eyni zamanda, Tramp administrasiyası bir çox Avropa ölkəsinə təhlükəsizlik təminatını dayandıracağını açıqlayıb. Bundan əlavə, Trampın komandası Ukraynanın NATO-ya üzvlüyünün də yaxın 30 ildə mümkün olmayacağını rəsmi şəkildə elan edəcək.

“Politico” nəşri isə qeyd edib ki, Donald Trampın prezident seçkilərində seçilmə şansının çoxalması fonunda ona yaxın dairələr, keçmiş hərbiçilər, CIA-nın əməkdaşları və Pentaqon nümayəndələri Birləşmiş Ştatların artıq resurslarının xərclənməsində problem yaşadığını iddia edirlər.

Onlar qeyd edirlər ki, ABŞ Tramp dövründə Yaxın Şərq başda olmaqla bir çox regiondan geri çəkiləcək, Amerika qoşunlarının bir çox bazaları bağlanacaq və ABŞ yalnız Asiya-Sakit okean və Arktik regiona istiqamətlənəcək.

Qəzetin analitiklərinin fikrincə, ABŞ rəhbərliyi daxili borclanmanın rekord həddə – 35 trilyon dollara çatması və ticari kəsirin 1.9 trilyon dollar olmasına görə bir neçə istiqamətdə geri çəkilməni nəzərdən keçirirlər.

Məlumata görə, Trampın bu siyasəti “Cekson İzolyanizmi” adlanır və beləliklə, ABŞ Tramp dövründə öz tarixi köklərində olan qlobal təcridə və “Monro doktrinasına” geri dönə bilər.

Rafi Müslümov

COP29

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv