“ABŞ qlobal təkəbbürlüyün əsil təcəssümüdür”

media-hightechnic-468x90

fb17b1e8722c09bfc7c1c1b512876d3dİranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi növbəti səfə ABŞ-ı tənqid edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Əli Xameneyi müvafiq bəyanatla ötən gün Tehranda iranlı tələbələr və ziyalılar ilə görüşü zamanı çıxış edib.

“ABŞ qlobal təkəbbürlüyün əsil təcəssümüdür”, deyə İranın ali rəhbəri qeyd edib.

Əli Xameneyi həmçinin qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı Vyanadakı danışıqların nəticəsindən asılı olmayaraq, Tehran problemləri diplomatik yolla həll etmək niyyətində olduğunu dünyaya nümayiş etdirib.

“Danışıqların uğurlu nəticələnəcəyi təqdirdə dünya Tehranın ən böyük problemini danışıqlar masası arxasında, məntiqli arqumentlər istifadə edilməklə həll etdiyini görəcək. Danışıqların pozulacağı təqdirdə isə bizim diplomatiya dünyaya ardıcıl və məntiqli olduğumuzu, heç zaman danışıqlar masasını tərk etmədiyimizi və bütün suallara həmişə ən yaxşı cavab tapmağa çalışdığımızı nümayiş etdirəcək. 24 ay davam edən danışıqlar dövründə biz bütün dünyada hörmət qazana bildik – bu isə əsil ustalıqdır”, deyə Ayətullah Seyid Əli Xameneyi qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600