!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-Rusiya DANIŞIQLARI: Geosiyasi alver, yoxsa istismar?

!Reklam – Yazi

“Artıq Rusiya və Amerika Birləşmiş Ştatları arasında aparılan danışıqların bəzi detalları üzə çıxır. Məlum olur ki, ABŞ təkcə Ukraynanın sərvətlərinə deyil, həm də Rusiyanın potensial iqtisadi imkanlarına yalnız iqtisadi tərəfdaşlıq platforması kimi yox, eyni zamanda da istismar mənbəyi kimi baxır”.

Bunu Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.


Millət vəkili ABŞ-Rusiya danışıqları fonunda Ukraynanın yeraltı sərvətlərinin Birləşmiş Ştatlar tərəfindən mənimsənilməsi, habelə Rusiyanın işğal etdiyi ərazilərdə ABŞ şirkətlərinin gələcək strategiyaları haqqında yayılan informasiyalara münasibət bildirib.

“Baxmayaraq ki, bu, kədərli bir reallıqdır, lakin vəziyyət ondan ibarətdir ki, Rusiya ABŞ ilə əməkdaşlıq predmetinə çevirdiyi ehtiyatları Ukrayna ərazisində cəmləyib. Eyni zamanda, Ukrayna da sülh danışıqlarında öz sərvətlərini əsas predmet kimi ortaya qoyur ki, bu da Ukrayna ərazisi daxilində cərəyan edir. Məsələnin təhlükəli tərəfi də məhz budur. Bu, sadəcə iqtisadi proses deyil, həm də Rusiyanın nəzarətində olan ərazilərdə ABŞ-nin möhkəmlənməsi və nəticədə bu torpaqların Rusiyaya aid ərazi kimi tanınmasına gətirib çıxara biləcək bir ənənənin başlanğıcıdır. Bu isə beynəlxalq hüquqa ziddir”, – deyə H. Babaoğlu əlavə edib.

Deputat düşünür ki, bu, yeni dünya nizamının reallıqları ilə yanaşı, həm də beynəlxalq hüququn, beynəlxalq təşkilatların, insan haqlarının, xalqların ərazi bütövlüyünün, o cümlədən də BMT Nizamnaməsinin indiki tarixi mərhələdə effektivliyini itirdiyinin göstəricisidir:

“Görünən odur ki, yeni nizamın, beynəlxalq hüququn və beynəlxalq normaların formalaşması üçün hələ uzun müddət lazım olacaq. Bu isə təəssüf ki, dünyada müxtəlif platformalarda ən müxtəlif müharibələrin, o cümlədən hibrid müharibələrinin davam etməsi ilə nəticələnəcək. Bununla belə, Rusiya-Ukrayna müharibəsi fonunda aparılan danışıqlar müsbət addım kimi qiymətləndirilməlidir. Lakin çatışmayan əsas məqam ədalət və beynəlxalq hüququn bu prosesdə iştirak etməməsidir. Ümid edirik ki, növbəti mərhələdə beynəlxalq hüququn müəyyən prinsipləri nəzərə alınarsa, nəticə etibarilə, daha ədalətli bir mövqeyə gəlinə bilər”.

Rafi Müslümov

www.yenicag.az

129
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv