Naxçıvanda Atatürkün xatirəsi anıldı

media-hightechnic-468x90

Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.

Yenicag.az xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya abidə önünə gül çələngi qoyub.

Anım mərasimində dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam edən anım tədbirində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.

Sonra Mustafa Kamal Atatürk həyat və hərbi-siyasi fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbir çıxışlarla davam edib.

Qeyd edək ki, bu gün Atatürkün vəfatından 87 il ötür./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa