“ABŞ Rusiya əleyhinə heç bir sanksiya qəbul edə bilməz”

media-hightechnic-468x90

dcsx“Biz hansısa sanksiyanı nə zaman lazımlı bilsək, o zaman da qəbul edəcəyik”.

Bu haqda jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmisi Mari Xarf açıqlama verib.

Onun sözlərinə görə, ABŞ öz mövqeyini Avropa Birliyi ilə birgə ortaya qoyur və şəxsi hüququndan istifadə etmir.

Buna baxmayaraq, bu həftə ABŞ-dakı böyük biznesmenlər Rusiyaya qarşı təhlükəli ola biləcək hər hansı yeni bir sanksiya qəbul olunmaması üçün çağırışlar etsə də, bu özünü doğrultmayıb.

Xatırladaq ki, ABŞ və Avropa İttifaqı Krımın Rusiyaya birləşdirilməsini tanımayaraq, rusiyalı biznesmenlər və yüksək rütbəli məmurlara qarşı sanksiyalar tətbiq etmişdi. Lakin rəsmi Moskva bu sanksiyaları faydasız adlandırmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600