!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ, Rusiya və Fransanın Ermənistanın cinayətinə səssiz qalması yolverilməzdir” - Azay Quliyev

!Reklam – Yazi

“Məlum olduğu kimi, bu gün səhər saatlarında Ermənistan ordusunun 24 nəfərlik 2 kəşfiyyat-diversiya qrupu Kəlbəcər rayonu istiqamətində qanunsuz olaraq dövlət sərhədini keçmiş və Azərbaycan ərazisində terror həyata keçirməyə və minalar yerləşdirməyə cəhd etmişlər. Azərbaycan Silahlı Qüvvələrinin gördüyü operativ tədbirlər nəticəsində diversant qrupunun terror cəhdinin qarşısı alınıb və 6 nəfər üzvü saxlanılıbdır. Ermənistanın növbəti təxribatının qarşısını alan qəhrəman zabit və əsgərlərimizə təşəkkür edirəm”.

Yenicag.az xəbər verir ki, bu açıqlama ilə Milli Məclisin deputatı Azay Quliyev çıxış edib.

A.Quliyev qeyd edib ki, Ermənistanın bu cür təxribatçı fəaliyyəti və terror cəhdi 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına tam ziddir. Bu həm də bəyanatın region üçün yaratdığı dinc yanaşı yaşamaq və əməkdaşlıq perspektivlərinə də ciddi zərbədir:

“Hesab edirəm ki, beynəlxalq təşkilatlar, xüsusilə, BMT, ATƏT, Avropa Şurası və onun Parlament Assambleyası, Avropa Parlamenti və Avropa İttifaqı Ermənistanın bu təxribatını qəti şəkildə qınamalıdır. Bu təşkilatların, o cümlədən ABŞ, Rusiya və Fransanın Ermənistanın bu cinayətinə səssiz qalması nəinki yolverilməzdir, eyni zamanda tutulan təxribatçıları gələcəkdə “hərbi əsir” və ya başqa ad altında manipulyasiya etmək üçün Ermənistanı daha da ruhlandıracaqdır”.

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv