Vaşinqton-Tehran qarşıdurması dalanda: İran yerin dərinliklərində nə gizlədir? – TƏHLİL

media-hightechnic-468x90

“İran yerin dərinliklərində yeni bazalar yaradıb və uranla bağlı fəaliyyətini davam etdirir.”

media-banner_tuq

Bu iddianı Yenicag.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib.

media-aff

Partiya sədri ABŞ lideri Donald Trampın İranı və iranlıları təhqir etməsini şərh edərək rəsmi Tehranın anlaşmalara əməl etmədiyini qeyd edib:

“ABŞ prezidentinin İran və iranlılarla bağlı təhqiramiz fikirlər səsləndirməsi beynəlxalq münasibətlərdə qəbul olunan norma deyil və etik çərçivələrdən kənara çıxır. Tramp istədiyi addımı ata bilir; istəyəndə iranlıları tərifləyir, istəyəndə isə təhqir edir. Tramp bu ifadələri işlədərkən, yəqin ki, orada yaşayan 30 milyon türkü hesablamır, fars əhalisini nəzərdə tutur. Bir ara müharibənin gedişində İranın qədim mədəniyyətini məhv etmək istəmədiyini bildirirdi. Trampın xəbəri yoxdur ki, İranın heç bir qədim mədəniyyəti olmayıb; Azərbaycanın tarix boyu formalaşan mədəniyyətini, dövlətçilik tarixini, adət-ənənəsini və geyimini oğurlayıb öz adlarına keçiriblər. Bu, ayrı bir mövzunun məsələsidir, amma Tramp baş verən hadisələrə münasibət bildirib. Bu proseslərin gedişatı necə olacaq, hərbi əməliyyatlar yenidən davam edəcəkmi – bunu zamanla görəcəyik.

Trampın İranı təhqir etməsinin arxasında tərəflərin anlaşa bilməməsi dayanır. Anlaşmırlar, çünki hər iki tərəf fərqli mövqe nümayiş etdirir, eyni hadisəni fərqli izah edir. İranın hədəfi isə uranı əldə edib regionun ən güclü dövlətinə çevrilməkdir. Bu, qorxulu tendensiyadır. Məlumata görə, İran nüvə materiallarını emal etdikləri bazaların yanında yeni bazalar da açıb və onlar artıq fəaliyyət göstərir. Onlar öz hədəflərindən geri çəkilmirlər. Dağların arasında, yerin dərinliklərində gizli obyektləri var və orada tədqiqatlarını davam etdirirlər. Lakin Tehran proseslərə yanlış qiymət verir. Bu gedişatla – özlərinə düzgün qiymət vermədiklərinə və qüvvələr nisbətini düzgün müəyyənləşdirmədiklərinə görə fəlakətə doğru gedirlər. Tramp isə addım-addım öz siyasətini yeridir və böyük ehtimalla hərbi güc tətbiq etməklə istədiklərinə bu ilin sonuna qədər nail olacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05