ABŞ səfirinin Zəngəzur dəhlizi təklifi yeni mübahisələrə YOL AÇDI – Ermənistan rədd CAVABI VERDİ

media-hightechnic-468x90

ABŞ-nin Ankaradakı səfiri Tom Barakın Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi təklif Cənubi Qafqazda geniş rezonansa səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Səfir Barak bildirib ki, ABŞ Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Vilayəti ilə Ermənistan ərazisindən keçməklə birləşəcək Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürmək və istismar etmək niyyətindədir.

Nəşrin yaydığı məlumata görə, Barak bu fikri ötən cümə günü Nyu-Yorkda jurnalistlərlə görüşündə ifadə edib:

“ABŞ Cənubi Qafqaz regionunda Zəngəzur dəhlizi probleminin həllinə, Azərbaycan və Ermənistan arasında sürətli razılaşmaya şərait yarada bilər. Ermənistan ərazisindən keçən təxminən 32 kilometrlik nəqliyyat xətti ABŞ şirkətləri tərəfindən 100 il müddətinə icarəyə götürülə və idarə oluna bilər”.

Bu təklifə dərhal reaksiya verən Ermənistan hökumətinin sözçüsü Nazeli Baqdasaryan məsələni qətiyyətlə rədd edib:

“Ermənistan öz suveren ərazisinin hər hansı bir hissəsinin üçüncü ölkəyə verilməsi ilə bağlı danışıqlar aparmayıb və aparmayacaq. Sünik vilayətindən keçən Zəngəzur dəhlizinə nəzarətin başqa bir dövlət və ya şirkətə verilməsi müzakirə mövzusu ola bilməz”.

Qeyd edək ki, hazırda AzərbaycanErmənistan arasında danışıqları davam edən “Böyük Sülh Müqaviləsi”nin mətninin 90 faizinin razılaşdırıldığı bildirilir. Lakin üç əsas məsələ hələ də açıq qalır: qarşılıqlı iddialardan imtina, ərazilərin üçüncü dövlətlərə açılmaması və Zəngəzur dəhlizinin statusu.

Ermənistan tərəfi dəhlizin açılmasına razılıq vermək üçün bu ərazidə sərhəddən sərhədə qədər öz daxili qanunvericiliyi və nəzarət mexanizmlərinin tam şəkildə tətbiq olunmasını tələb edir. ABŞ səfirinin təklifi bölgədə yeni geosiyasi və iqtisadi dinamikanın formalaşa biləcəyini göstərsə də, hazırkı mərhələdə bu fikir tərəflər arasında razılaşdırılmış mövqe kimi görünmür.

Göycə Göycəyev

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600