ABŞ Suriya ilə birgə əməliyyat keçirdi

media-hightechnic-468x90

ABŞ hərbi personalı Suriya ordusu ilə birgə əməliyyat keçirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumat yayıb.

Əməliyyat zamanı qüvvələr çoxsaylı hava hücumları və qurudan bombardmanlar vasitəsilə Rif Dəməşq əyalətində İŞİD-in silah anbarlarını müəyyən edib və məhv edib.

130-dan çox minaatan və raket, bir neçə avtomat, pulemyot, tank əleyhinə minalar, əldəqayırma partlayıcı qurğuların hazırlanması üçün materiallar məhv edilib.

“Bu uğurlu əməliyyat İŞİD-ə qarşı mübarizədə əldə edilən nailiyyətlərin uzunmüddətli olmasını və qrupun ABŞ-a və bütün dünyaya terror hücumlarını bərpa edə və ya ixrac edə bilməyəcəyini təmin edir. Biz ayıq-sayıq qalacağıq və Suriyada İŞİD qalıqlarını aqressiv şəkildə təqib etməyə davam edəcəyik”, – ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuper bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05