Türkiyədə meşə yanğını başladı
Türkiyədə meşə yanğını başlayıb.
Yenicag.az xəbər verir ki, Balıkəsir vilayətinin Kepsut rayonunda yerli vaxtla saat 11:00 radələrində meşə kənarındakı ərazidə başlayan və daha sonra meşəyə keçən yanğın küləyin təsiri ilə Sarıfakılar məhəlləsi istiqamətində yayılır.
Yanğına havadan və qurudan müdaxilə edilir./Apa/













