ABŞ Tayvana 14 milyard dollarlıq silah paketini göndərəcək? - Trampdan açıqlama
ABŞ administrasiyası Konqres tərəfindən əvvəlcədən təsdiqlənmiş, ümumi dəyəri təxminən 14 milyard dollar olan silah paketinin Tayvana verilib-verilməyəcəyi ilə bağlı hələ yekun qərar qəbul etməyib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trump Vaşinqtondan Viskonsin ştatına uçarkən jurnalistlərə açıqlamasında bildirib.
“Tayvan üçün nəzərdə tutulan silah paketinin gələcək taleyi ilə bağlı məsələni nəzərdən keçirəcəyik”, – deyə Tramp vurğulayıb. O, məsələ ilə bağlı əlavə detallar açıqlamayıb.












