ABŞ Ukraynaya hərbi yardımı artırır
“Vaşinqton Ukraynaya hərbi yardımı artırıb”.
Bu açıqlama ilə ABŞ səfiri Cefri Payet çıxış edib.
O yaxın zamanda Pentaqon nümayəndə heyətinin Ukraynaya gələcəyi barədə məlumat verib:
“Bizim Ukraynaya yardımımızın vacib hissəsi – iqtisadi dəstəkdir. Son üç ay ərzində Ukraynaya ABŞ hərbi yardımı iki dəfə artırmışıq. Xüsusi dəqqət isə Ukrayna sərhədçilərinə yönəlib ki, onlar Ukraynanın sərhədlərini tam müdafiə etmək qabiliyyətində olsunlar. Ümid edirəm ki, bu yardım getdikcə artacaq. Önümüzdəki həftə bura Pentaqon nümayəndə heyəti gəlməlidir. Onlar gələcəkdə Amerika dəstəyinin ən yaxşı halda necə istifadə edilməsi barədə Ukrayna hökumətinin nümayəndələri ilə görüş zamanı müzakirə edəcəklər”.