ABŞ və Almaniya Ukraynaya 5 “Patriot” GÖNDƏRƏCƏK
“ABŞ və Almaniya Ukraynaya beş ədəd “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminin tezliklə çatdırılması barədə razılığa gəlib”.
Yenicag.az DW-yə istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius iyulun 21-də keçirilən Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupunun (Ramştayn formatı – red.) 29-cu iclasının əvvəlində bəyan edib. İclas Böyük Britaniya və Almaniyanın sədrliyi ilə baş tutur.
Pistorius bildirib ki, ötən həftə Vaşinqtona səfəri zamanı ABŞ tərəfi ilə Ukraynaya “Patriot” sistemlərinin tez bir zamanda verilməsi barədə razılıq əldə olunub.
“Vaşinqtonda keçirdiyim görüşlər zamanı biz Ukraynaya beş ədəd son dərəcə vacib ‘Patriot’ HHM sisteminin tez bir zamanda verilməsi üçün razılığa gəldik”, – deyə nazir qeyd edib.
O əlavə edib ki, qarşıdakı günlərdə bu razılaşmanın həyata keçirilməsi üçün tərəfdaşlarla koordinasiya aparılacaq. Pistorius həmçinin Almaniyanın əlavə hava hücumundan müdafiə sistemləri və çox ehtiyac duyulan sursatlar da göndərəcəyini açıqlayıb.