ABŞ və İran arasında keçirilməsi planlaşdırılan nüvə danışıqları ləğv edildi
Tehran qeyri-nüvə məsələlərini müzakirə etməkdən imtina etdikdən sonra cümə günü ABŞ və İran arasında keçirilməsi planlaşdırılan nüvə danışıqları ləğv edilib.
Yenicag.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” portalı məlumat yayıb.
Məlumata görə, cümə günü Omanda keçirilməsi planlaşdırılan danışıqlar, İranın nüvə proqramından kənar hər hansı bir məsələni müzakirə etməkdən imtina etməsi səbəbilə ləğv edilib.
Məlumatda İran tərəfinin “Nüvə məsələsindən başqa heç nəyi müzakirə etməyəcəyik”, – deyə açıqlama verdiyi bildirilir.;Apa;












