Abşeronda kütləvi dava baş verib
Abşeron rayonu ərazisində kütləvi dava olub. Buna qonşulardan birinin yüksək səslə televizora baxması səbəb olub. Saxlanılan şəxslərdən Emil Orucov deyib ki, qonşularından televizorun səsini azaltmasını istəyib. Ona sözünü bitirməyə imkan verməyiblər. Həmin vaxt küt alətlə başından zərbə alıb və yerə yıxılıb. Emil Orucovun sözlərinə görə, dalaşdığı qonşuları ona deyiblər ki, bəyənmirsə, getsin, başqa yerdə kirayə ev tutsun. Bundan qəzəblənən Emil onunla birgə kirayədə qalan dostlarını köməyə çağırıb. Nəticədə iki tərəf söhbəti bitirmək üçün kirayədə qaldıqları Müşfiqabad qəsəbəsindən kənarda görüşüblər. Bir araya gələn 5 nəfərin mübahisəsi tezliklə əlbəyaxa davaya çevrilib. Onlardan Ülvü Alayarov bıçaqlanıb, Fərrux Qasımov küt alətlə xəsarət alıb.
Faktla bağlı 3 nəfər saxlanılıb, araşdırmalar davam etdirilir.