ADY yarımildə sərnişin daşınmasını 18 % artırıb

media-hightechnic-468x90

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Abşeron dairəvi dəmir yolu və rayonlararası marşrutlarla 5 milyon 464 min 009 sərnişin daşınıb.

media-banner_tkm

Bu barədə Yenıcag.az-a ADY-dən məlumat verilib.

Bu, 2025-ci ilin ilk yarısı ilə müqayisədə 18 % çoxdur.

Bu ilin birinci yarısında Abşeron dairəvi dəmir yolu ilə 5,1 milyondan çox (+17 %), rayonlararası marşrutlarla isə təxminən 289 min sərnişin (+17 %) səfər edib.

Təkcə iyun ayında isə ADY qatarları ilə 950 min 287 sərnişin daşınıb ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 24 % çoxdur.

Eyni zamanda, may ayında yenidən fəaliyyətə başlamış Bakı-Tbilisi-Bakı reysləri ilə 12 mindən çox sərnişin daşınıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05