Abşeronda seyf oğurlandı: İçində 10 min pul

media-hightechnic-468x90

Abşeronda evdən külli miqdarda oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Novxanı kəndi ərazisində evlərin birindən 10 000 manat pul, sənəd olan seyf və bir ədəd “Winchester” markalı ov tüfəngi oğurlanıb.

Belə ki, bununla bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əhmədov müəyyən edilərək saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa