!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Açılan yeni stansiyaların qiymətlərə TƏSİRİ : "Həmin ərazidə 20 faizlik bahalaşma gözlənilir"

!Reklam – Yazi

“”Xocəsən” metrostansiyası açılan ərazidə 20 faizlik qiymət artımı gözlənilir”.

Bu sözləri “Xocəsən” metrostansiyasının açılışının daşınmaz əmlak bazarına mümkün təsirlərini dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məlum metrostansiyanın açılması daşınmaz əmlak bazarında bahalaşmaya səbəb olacaq:

“Əslində yaşayış və ya qeyri-yaşayış massivi olmasından asılı olmayaraq, həmin ərazidə tələbatın yüksəlməsi qiymət artımına təsir edir. Xüsusən də avtomobil yollarının yaxşı olması, marşrutun fəaliyyəti, təhsil ocaqlarının və iaşə obyektlərinin mövcudluğu bu qiymətə bilavasitə təsir edir. Hər hansısa əraziyə metro xəttinin çəkilməsi qiymət artımına təsirsiz ötüşmür. Bu gün Abşeron yarımadasında metrostansiyaların sayı məhduddur və ona görə də həmin ərazilərdə tıxac problemi daha qabarıqdır. Eyni zamanda vətəndaşların əksəriyyəti metro olmayan ərazidən kirayə ev istəmirlər. Nəticədə metrodan kənarda yerləşən mənzillərə tələbat oldquca azdır. “Xocəsən” metrostansiyasının açılması metroya yaxın küçələrdə yerləşən qeyri-yaşayış obyektlərinin də sayını artıracaq. “Xocəsən” metrostansiyası açılan ərazidə 20 faizlik qiymət artımı gözlənilir. Əgər zamanla ərazidə infrastruktur yaxşı formada qurularsa, bu da qiymət artımına səbəb olacaq. Sözügedən ərazilərdə əsas problem sənədlər və çıxarışlarla bağlı ola bilər”.

Gülşən Şərif

www.yenicag.az

813
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv