Açıq dənizdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaşın qayıqda baş vermiş nasazlıq səbəbindən açıq dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində açıq dənizdə köməksiz vəziyyətdə qalan 1968-ci il təvəllüdlü Məmmədov Hafiz Mikayıl oğlunun olduğu qayıq yedəyə alınıb sahilə çıxarılaraq vətəndaş xilas edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600