ADİU-da SABAH müəllimləri ilə görüş keçirilib-Foto

media-hightechnic-468x90

unnamed (2)ADİU SABAH müəllimləri ilə tədrisin keyfiyyətinin artırılması məsələləri müzakirə edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) SABAH müəllimləri ilə semestrin yekunlarına dair görüş keçirilib. Rektor Ədalət Muradov və SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyevin iştirakı ilə keçirilən görüşdə ADİU-dakı SABAH Qruplarında tədrisin keyfiyyətinin artırılması məsələləri barədə fikir müzakirələr aparılıb.
İnteraktiv müzakirə formasında təşkil olunan görüşdə müəllimlər müzakirə mövzusuna uyğun öz təkliflərini səsləndiriblər. Tələbə biliyinin qiymətləndirilmə meyarlarının optimallaşdırılmasının əhəmiyyətini vurğulayan müəllimlər avropa universitetlərində tətbiq olunan mexanizmlərin tətbiqinin məqsədəuyğunluğu bildiriblər. Xüsusilə imtahanların təşkilində yeni metodlarından istifadəni mühümlüyü qeyd olunub.

Daha sonra tədrisin təşkilində innovativ metodlarından istifadə imkanları müzakirə olunub. Qeyd olunub ki, tələbələrin dərsə marağını artırmaq üçün müxtəlif işgüzar komada oyunlar, düşündürücü tapşırıqlar, real biznes keyslərin istifadəsi artırılmalıdır.

Tədris planına yeni fənlərinə əlavə olunması, yeni çap olunan ədəbiyyatların təşkili, tələbələrin təcrübə məsələləri də müzakirə olunan mövzulardan olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600