ADİU nümayəndə heyəti forumda-Fotolar

media-hightechnic-468x90

unnamed (4)ADİU nümayəndə heyəti III Avrasiya Sosial Elmlər Forumunda iştirak edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən III Avrasiya Sosial Elmlər Forumunda iştirak edib.

ADİU, Türkiyə Respublikası Hacettepe Universiteti, Qazaxıstan Respublikası Ahmet Yesevi Universiteti və Qırğızıstan Respublikası Manas Univeritetinin birgə təsisçiliyi ilə yaranan forumun builki mövzusu “Avrasiya Regionunda İqtisadi İnteqrasiya Axtarışları” olub.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, ABŞ və Rusiya elm adamlarının, rektorlar, ictimai-siyasi xadimlər və mətbuat nümayəndələrinin iştirak etdiyi Forumun açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov çıxış edərək Forumun əhəmiyyətini vurğulayıb və iqtisadi inteqrasiya proseslərinin tədqiqinin bir sıra nəzəri-konseptual problemlərinə aydınlıq gətirib.

Forumun bölmə iclaslarında 7 ölkədən 46 elmi məruzə dinlənilib. Forumun sonunda IV Avrasiya Sosial Elmlər Forumunun gələn il

Qırğızıstanın Manas Universitetinin təşkilatçılığı ilə Bişkek şəhərində keçirilməsinə qərar verilib.

Qeyd: Avrasiya Sosial Elmlər Forumunun ilk iki iclası Bakıda, ADİU-da keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600