Adları cinayətdə hallanan məşhurlar-Fotolar

media-hightechnic-468x90

Yenicag qafqazinfo-ya istinadən məlumat verir ki, istinadən həbsdə olan Türkiyənin tanınmış simalarını təqdim edir.
1987-ci ildə İzmir şəhərində film çəkən İbrahim Tatlıses bəzi səhnələri İzmir sərgi salonunun içərisində çəkmək istəyib. Əvvəlcədən icazə almayan Tatlıses polislərlə dava edib. İbo polisləri təhqir etdiyi üçün 16 gün həbs edilərək Buca Həbsxanasına gətirilib.

“Küçə uşağı” kimi tanınan Doğuş həbsdə olan məşhurlar sırasındadır. Ona bir xanımı zorladığı üçün 1 il 6 ay həbs cəzası verilib. Həbsdə 4 ay qaldıqdan sonra zorladığı Pınar Cankırla evlənib.

Müğənni Sərdar Ortaç da həbsdə yatan məşhurlar sırasındadır. Belə ki, Ortaç əsgərlikdən qaçmaq üçün müəyyən addımlar atıb. Bu addımlarına görə sənətçi 54 gün həbsdə qalıb.

Model-aparıcı Ebru Şallı narkotik istifadə etməsi iddiası ilə 15 gün həbsdə qalıb.

Müğənni Bület Ersoy isə iki dəfə həbs olunub. Ersoy evinə gələn hüquqşunası təhqir etdiyi üçün 1990-cı ildə 11 ay 20 gün həbs cəzası alıb. Daha sonra isə sənətçi jurnalistə hücum edib, onun fotoaparatını sındırıb. Bu əməlinə görə müğənni 2 ay həbsxanada yaşayıb.

Narkotik istifadəsi və satışından şübhəli bilinən müğənni Deniz Seki yə 2009-cu ildə həbs cəzası verilib. Daha sonra müğənni azad olunmuş, məhkəmə Denizə yenidən həbs cəzası tətbiq edib. Hal-hazırda müğənni həbsxanadadır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600