Adnan Oktarın villası satışa çıxarıldı - FOTO

media-hightechnic-468x90

Adnan Oktarın rəhbəri olduğu cinayət təşkilatının televiziya studiyası kimi tanınan lüks villa satışa çıxarılıb.

Təşkilatın əməliyyatdan əvvəl kirayə götürdüyü əmlak üçün üç milyon dollar istənilir.

Villa İstanbulun Üsküdar rayonunun Çengelköy məhəlləsində yerləşir. Evin bayır qapıları güllə keçirməyən qalın dəmirlə üzlənib. O, şəxsi mühafizə kabinələri və rentgen avadanlığı ilə təchiz edilib.

Təşkilatın silahlı üzvləri tərəfindən 24 saat mühafizə edilən evdən axtarış zamanı minlərlə güllə, tapança, tüfəng, zirehli jilet və radio rabitə vasitələri ələ keçirilib./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600