Aeroport separatçıların əlinə keçdi

media-hightechnic-468x90

66285Ukraynada sülh danışıqları yenidən iflasa uğramaq təhlükəsi ilə üzləşib.

Yenicag anspress-ə istinadən bildirir ki, rusiyayönümlü qüvvələrin nəzarətində olan Donetsk şəhərində aeroporta nəzarət uğrunda hökümət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında qızğın döyüşlər gedir. Döyüşçülər ukraynalı hərbçiləri Donetsk hava limanından sıxışdırmaq üçün səylərini artırıb. Separatçılar iddia edir ki, artıq aeroportun mülki uçuşlara aid terminalına demək olar ki, tam nəzarət edir.

Şəhərdə tərəflər arasında gedən toqquşmalar yaşayış sahələrindən də yan keçmir. Dünən artileriya zərbəsinin şəhərdəki anbara tuş gəlməsi nəticəsində azı 4 nəfər həlak olub. Aprel ayından bəri Ukraynanın şərqində gedən döyüşlər 4700-dən çox insanın həyatına son qoyub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600