AES-də partlayış – Reaktorlar təhlükədə?

Fransanın şimal-qərbində “Flamanvil” Atom Elektrik Stansiyasının maşın zalında partlayış baş verib.

Trend-in məlumatına görə, xəsarət alanların olması ehtimal edilir. Hazırda hadisə yerində xilasedicilər, tibbi heyyət çalışır.

Partlayışdan sonra stansiyanın ərazisində yanğın baş verib, lakin atom reaktorlarının zədələnmədiyi bildirilir.

Yeniçağ.az