Bu ölkədə yeniyetmələrin sosial mediadan istifadəsi qadağan olunacaq

media-hightechnic-468x90

Cənubi Koreyanın Media Kommunikasiya Komissiyasının (KMKK) rəhbəri vəzifəsinə namizəd Kim Conq Çol yeniyetmələri zərərli kontentdən qorumaq üçün onların sosial mediadan istifadəsinin qadağan oluna biləcəyini düşünür.

Yenicag.az xəbər verir ki, Prezident Li Cemyön tərəfindən namizədliyi irəli sürülmüş Kim Conq Çol bu bəyanatı parlament dinləməsində açıqlayıb. O, deputatların Avstraliyada tətbiq olunan oxşar qadağanın Cənubi Koreyada da mümkünlüyü barədə sualını cavablandırarkən deyib ki, bu, tamamilə lazımlıdır.

Bununla belə KMKK açıqlama yayaraq bildirib ki, Kim Conq Çolun fikirləri komissiyanın 16 yaşdan aşağı yeniyetmələrin sosial mediadan istifadəsini qadağan etməsini nəzərdə tutmur.

“Bu o deməkdir ki, biz valideynlərin və ya qanuni qəyyumların razılıq tələblərinin sərtləşdirilməsi də daxil olmaqla bir sıra siyasi alternativləri araşdıracağıq”, – deyə qurumun açıqlamasında bildirilib.

Qeyd edək ki, bu yaxınlarda Avstraliya hökuməti yaşı 16-dan aşağı olanların “Instagram”, “X” və “TikTok” da daxil olmaqla sosial mediadan istifadəsinə qadağa qoyub. Hökumət sosial medianın uşaq və yeniyetmələrə mənfi təsirlərini, habelə onların kiber zorakılığa, onlayn fırıldaqçılığa və digər zərərli məzmuna məruz qalması narahatlığını əsas götürərək belə qərar qəbul etdiyini açıqlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa