Bu il qeydiyyata alınan əmlakların sayı nə qədərdir?

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlak üzərində 328 061 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 63 891-i (19.5%) ilkin, 264 170-i (80.5%) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 64 366, mənzil – 85 424, torpaq sahəsi – 166 494, qeyri-yaşayış binası – 2 832, qeyri-yaşayış sahəsi – 8 172, əmlak kompleksi – 667, çoxmərtəbəli yaşayış binası – 103 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 91 917-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-noyabr ayları ərzində 235 713 texniki pasport tərtib edilib, 56 948 ipoteka müqaviləsi qeydiyyata alınıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa