Afaq Məsud: “Yeni yaranan qurum yazmağa imkan vermir”
Bu gün Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin sədri Afaq Məsudun ad günüdür. O, “Azadlıq”, İzdiham” romanları, eləcə də kiçik hekayələrindəki fərqli üslub tərzi ilə Azərbaycan nəsrinı yenilik gətirən yazıçılardandır.
Yazıçı onu təbrik edən öz gələcək yaradıcı planları barəsində danışıb:
“Təbrikinizə görə təşəkkür edirəm. Yaradıcılığa gəlincə, yeni yaradılmış qurumun işləri hələ ki, buna imkan vermir. Düşünürəm, üzü payıza gərginlik bir qədər azalacaq və bəlkə onda o tərəflərə keçmək imkanı yaranacaq. Hələ ki, belə bir imkan yoxdu. Əsas odur ki, gördüyüm işlərin mahiyyətindən asılı olmayaraq, yazı ovqatında olduğumu hiss edirəm. Yəni yazıçı olaraq, qalmağımdayam”.